Çin Xarici İşlər Nazirliyi Ukraynadakı münaqişə tərəflərini təmkinli olmağa çağırır.
Xarici KİV-ə istinadən xəbər verilir ki, bunu nazirliyin sözçüsü Lin Jian deyib.
"Mövcud şəraitdə bütün tərəflər sakit və təmkinli olmalıdırlar", - Jian ifadə edib.
Diplomat əlavə edib ki, atəşkəsə nail olmaq üçün dialoq yolu ilə vəziyyətin soyumasına və siyasi nizamlanmaya şərait yaradılmasına səy göstərilməlidir.
Mənbə: unikal.az