AZ

Keçmiş məcburi köçkünlərin iştirakı ilə Bərdədə fləşmob

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi keçmiş məcburi köçkünlərin iştirakı ilə fləşmob keçirib. Dövlət Komitəsindən SİA-ya bildiriblər ki, Bərdə şəhərində çəkilişi aparılan fləşmobda doğma yurda qayıtmağa hazırlaşan keçmiş məcburi köçkünlər Böyük Qayıdışla bağlı şüarlar səsləndiriblər.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapışırıqlarına uyğun olaraq Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramı intensiv qaydada icra edilir.

Fləşmobla bağlı hazırlanmış videoçarx Dövlət Komitəsinin rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında paylaşılıb.

Seçilən
6
9
sia.az

10Mənbələr