Məşhur “Goal” nəşri DÇ-2026-da çempionluq şansı ən yüksək olan 16 milli komandanın reytinqini tərtib edib.
Msport.az xəbər verir ki, siyahının ilk pilləsində İspaniya yığması yer alıb. Son dünya çempionu Argentina seçməsi ikinci sırada qərarlaşıb. İlk “üçlüy”ü isə Almaniya yığması tamamlayıb.
Ümumi sıralama isə aşağıdakı kimidir:
1. İspaniya
2. Argentina
3. Almaniya
4. İngiltərə
5. Fransa
6. Portuqaliya
7. İtaliya
8. Hollandiya
9. Kolumbiya
10. Braziliya
11. Mərakeş
12. Xorvatiya
13. Kanada
14. Belçika
15. ABŞ
16. Meksika
Qeyd edək ki, növbəti dünya çempionatına üç ölkə – ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.