Artıq bir çox nüfuzlu səyahət resursları 2025-ci ildə ziyarət edilməli olan istiqamətlərin siyahısını təqdim edib. Ancaq indi müxtəlif səbəblərə görə səfərlərdən imtina etməyin daha yaxşı olduğu yerlər haqqında danışmaq vaxtıdır.
Qaynarinfo xəbər verir ki, səyahət nəşriyyatçısı "Fodor's"un mütəxəssisləri öz populyarlıqlarının ağırlığı altında çökən və ziyarətçilərin fasiləsinə ehtiyacı olan heyrətamiz turizm istiqamətlərinə diqqət yetirən "No List 2025"i dərc ediblər.
Siyahını tərtib edən mütəxəssislər vurğulayırlar ki, onlar heç bir şəkildə bu heyranedici yerləri boykot etməyə çağırmırlar, əksinə onların üzləşdikləri problemlərə diqqəti cəlb etmək və yerli hakimiyyət orqanlarını hərəkətə keçməyə, turistləri isə məsuliyyət daşımağa təşviq etmək istəyirlər.
Eyni zamanda, siyahı şərti olaraq iki kateqoriyaya - həddindən artıq turizmdən uzun müddət əziyyət çəkən, lakin vəziyyət heç bir şəkildə düzəlməyən yerlər və çoxlu qonaq qəbul etməyin fəsadlarını yenicə hiss etməyə başlayan yerlərə bölünüb. Bura daha çox zibil, yerli sakinlərin mənzil problemi, tarixi abidələrin zədələnməsi və s. daxildir.
Həddindən artıq turizmin uzunmüddətli qurbanları:
Bali, İndoneziya
Barselona, İspaniya
Mayorka, İspaniya
Kanar adaları, İspaniya
Venesiya, İtaliya
Lissabon, Portuqaliya
Samui adası, Tayland
Everest dağı, Nepal
Turist axınından əziyyət çəkməyə başlayan istiqamətlər:
Agrigento, Siciliya, İtaliya
Britaniya Vircin Adaları
Kerala, Hindistan
Kyoto, Yaponiya
Tokio, Yaponiya
Oaxaka, Meksika
Şimal Sahili marşrutu 500, Şotlandiya
Aydın