Konqo Prezidenti Deni Sassu-Nqesso COP29 çərçivəsində Azərbaycana rəsmi səfər edib.
“Qafqazinfo” xəbər verir ki, “Azərbaycan Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu” çərçivəsində Bakı Ali Neft Məktəbində (BANM) təhsil alan konqolu tələbələrlə keçirilən görüşdə Konqonun Prezidenti dövlət başçısı İlham Əliyevə təşəkkürünü bildirib, bu sənədin Azərbaycan ilə Konqo arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Prezident 8 tələbə ilə görüşərək, onların hər birinə uğurlar arzulayıb və gələcəkdə də daha çox konqolu tələbənin BANM-də təhsil almasına ümid etdiyini qeyd edib.