AZ

ABŞ senatorundan Netanyahu ilə bağlı mühüm açıqlama: Barbarlığa düçar olacağıq

ABŞ senatoru Berni Sanders Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant haqqında çıxardığı həbs qərarı ilə razılaşdığını bildirib.

Publika.az xəbər verir ki, Sanders sosial media platforması “X” hesabında BCM-nin Netanyahu və Qallant haqqında həbs qərarı çıxarması ilə bağlı yazılı açıqlama verib.

BCM-nin ittihamlarının əsaslı olduğunu qeyd edən Sanders, İsrailin Fələstin xalqına qarşı hücumlarını xatırladıb:

"Əgər dünya beynəlxalq hüquqa əməl etməsə, biz daha da barbarlığa düçar olacağıq".

Seçilən
10
publika.az

1Mənbələr