AZ

Silah olsa da, müharibə olmayacaq

"Ermənistan Azərbaycana qarşı məkrli siyasətindən geri çəkilmir və sürətlə silahlanmağa davam edir". 

Bu sözləri Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı "Cümhuriyət"-ə açıqlamasında deyib. O bildirib ki, Ermənistanın Hindistanla xüsusi əlaqələri var:

"Hindistandan həm silah alırlar, həm də ticari əlaqələri var. Üstəlik, Hindistan Azərbaycana qarşıdır, artıq bunu da gizlətmirlər. 

Ümumiyyətlə, ermənilər Hindistan qaraçılarından əmələ gəliblər, kökləri oradadır. Bu, rəvayət deyil, reallıqdır. XV-XVI əsrdə ermənilərin orta əsrlər üçün zəngin təbəqələri Hindistanın Madras əyalətində toplaşmışdılar.

İndi də hindistanlılarla çox ciddi əlaqələri var. Hətta müəyyən çətinlik çəkən kimi həmişə Madrasa gedirlər. Yəni, ermənilərlə hindistanlıların əlaqələri çox qədimlərə dayanır". Partiya sədri qeyd edib ki, Azərbaycan sülh danışıqlarına razı olsa da, Ermənistan eyni fikirdə deyil: 

"Hətta bir ara COP29 ərəfəsində Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalana biləcəyi ilə bağlı söz-söhbət yayıldı. Lakin Ermənistan müxtəlif bəhanələrlə bundan da yayındı. Əslində, sülh istədiyini iddia edən Ermənistan bir tərəfdən də silahlanırsa, deməli, onlar tərəfindən hansısa təxribat gözlənilə bilər. Üstəlik, rəsmi İrəvan Azərbaycana qarşı kəskin mövqe sərgiləyir. Onlar bununla manevr etməyə və vaxt qazanmağa çalışırlar". 

Akif Nağı Ermənistanın Azərbaycana qarşı müharibə hazırlığında olduğu iddialarını isə inandırıcı hesab etmir: 

"Ermənistan Azərbaycana qarşı yeni müharibəyə başlamaq gücündə deyil. Sadəcə, lokal təxribatlar törədə bilərlər. Bu isə güman ki, özlərinin daxili problemlərini həll etməyə hesablanacaq. Son zamanlar Ermənistanın Baş naziri Nikol Paşinyan kadr islahatları həyata keçirir. Bəlkə də hərəkət həmləsi edərək komandasını daha da yeniləməyi hədəfləyir. Paşinyan xüsusilə də ona qarşı hansısa addımın atılmaması üçün güc strukturlarından arxayın olmaq istəyir". 

Həmsöhbətimizin onu da vurğulayıb ki, Azərbaycana qarşı hərbi əməliyyat apara bilməsi üçün Ermənistanın arxasında kimsə dayanmalıdır: 

"İndiki vəziyyətdə Rusiyanın onların arxasında dayanmayacağı çox açıqdır. 

Həmçinin, son zamanlar Qərbdə də Ermənistanı Azərbaycanla müharibəyə təhrik etmək meyilləri hiss olunmur. Yəni, heç kim gəlib ermənilərin yerinə bizimlə savaşmayacaq". 

Siyasətçinin sözlərinə görə, Ermənistanın silahlanması daxilə verilən mesajdır:

"Paşinyan hakimiyyəti ermənilərə göstərmək istəyir ki, guya Azərbaycana qarşı nə isə etmək üçün hazırlaşır. Hətta Ermənistan lokal əməliyyata başlayıb məğlub olsa, Paşinyan ondan da istifadə edə bilər. Yəni, xalqına deyəcək ki, bəzi insanlarda revanşist əhval-ruhiyyə olduğu və müxalifət müharibə istədiyi üçün əməliyyatlara başladıq, amma yenə məğlub olduq. Bununla da öz mövqelərini möhkəmləndirməyə və başqa alternativinin olmadığını göstərməyə çalışacaq". 

Seçilən
22
cebheinfo.az

1Mənbələr