Rusiyanın Moskva vilayətinin Dövlət Yol Müfəttişliyinin Yujnı yol polisi alayının iki əməkdaşı xırda rüşvət aldıqları üçün saxlanılıb.
Avtosfer.az yerli mediaya istinadla xəbər verir ki, müfəttiş və böyük inspektor avqustun 13-də Balaşixa şəhər dairəsi ərazisində M-7 şosesində “JAC J7” markalı avtomobili saxlayaraq sürücüdən 5 min rubl rüşvət aldıqları üçün ifşa olunublar.
Bu pula görə avtomobildə diaqnostik kartın olmamasına görə cərimə yazmayacaqlarına söz veriblər.
(lent.az)