AZ

Çin 9 ölkəni vizadan azad edəcək

Çin Bolqarıstan, Rumıniya, Malta, Xorvatiya, Monteneqro, Şimali Makedoniya, Estoniya, Latviya və Yaponiyadan olan adi pasport sahiblərinə vizasız gediş-gəliş təklif edəcək. 

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian deyib.

Onun sözlərinə görə, Çin daha 9 ölkəni birtərəfli vizadan azadetmə proqramına daxil edəcək:

"Həmçinin vizasız qalma müddəti 15 gündən 30 günə qədər uzadılacaq. Çinin viza azadlığı tətbiq etdiyi 9 ölkə də daxil olmaqla, 38 ölkədən adi pasport sahiblərinin mübadilə proqramına iş, turizm və ailə səfərləri daxildir".

Gülşən Şərif

Seçilən
1
5
bakivaxti.az

8Mənbələr