AZ

GDU-da “COP29: Azərbaycanın dünyaya töhfəsi” mövzusunda tədbir keçirilib

Gəncə Dövlət Universitetinin (GDU) Tarix-coğrafiya fakültəsində “COP29: Azərbaycanın dünyaya töhfəsi” mövzusunda tədbir keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva “COP29: Məqsədyönlü siyasətin növbəti uğurlu mərhələsi” adlı məruzə ilə çıxış edib. Bildirib ki, Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 həm əhəmiyyətinə, həm də iştirakçıların sayına görə Azərbaycanın indiyədək ev sahibliyi etdiyi ən böyük tədbirdir. Prorektor ölkəmizin ətraf mühitin qorunması, qlobal iqlim dəyişmələri sahəsində beynəlxalq səyləri daim dəstəklədiyini və bu prosesə töhfələr verdiyini vurğulayıb.

Tarix-coğrafiya fakültəsinin dekanı Urfan Həsənov “Planetimizin xilası iqlim dəyişkənliyinin qarşısının alınması və ətraf mühitin qorunmasındadır” mövzusunda çıxış edərək, Prezidentin Sərəncamı ilə 2024-cü ilin respublikamızda “Yaşıl dünya naminə həmrəylik ili” və işğaldan azad edilmiş ərazilərin “Yaşıl enerji” zonası elan edilməsinin ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

Tədbirdə Coğrafiya kafedrasının əməkdaşı Nəsibə Hacıyeva “Qlobal istiləşmənin dağlıq ərazilərin buzlaqlarına təsiri”, Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyev “COP29: Yaşıl dünya naminə hərəkat”, Coğrafiya kafedrasının baş müəllimi Seymur Xəlilov “Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasında bərpaolunan enerjinin rolu”, Anatomiya, fiziologiya və zoologiya kafedrasının müəllimi Zərifə Seyidova “İqlim dəyişikliklərinin səbəbləri və nəticələri”, Ekologiya və təbiəti mühafizə kafedrasının müəllimi Məkufə Quliyeva “Azərbaycanın növbəti uğuru – COP29” adlı məruzələrlə çıxış ediblər.

Seçilən
33
tehsil.biz

1Mənbələr