AZ

Pedaqoji Kollecin inklüziv təhsillə bağlı layihəsi 50,000 AZN qrant qazanıb

ADPU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kolleci inklüziv təhsil sahəsində hazırladığı layihə ilə qrant qazanıb. 

TƏHSİL.BİZ  xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə bp şirkətinə təqdim edilən “İnklüziv təhsil üzrə ixtisaslaşan tələbələrin bilik və bacarıqlarının inkişafı” adlı layihə təxminən 50,000 AZN məbləğində maliyyələşdirilib. Layihə inklüziv təhsilin tədris infrastrukturunu və keyfiyyətini artırmağı, həmçinin “İnklüziv təhsil”, “Sosial iş” və “Ailə və ev təhsili” üzrə ixtisaslaşan tələbələrin bilik və bacarıqlarını təkmilləşdirməyi hədəfləyir. Bu məqsədlə Azərbaycan Dövlət Pedaqoji Kollecində üç yeni laboratoriyanın – psixo-pedaqoji təlim-tədris laboratoriyası, loqopedik təlim-tədris laboratoriyası və müalicəvi idman üzrə təlim-tədris laboratoriyası – yaradılması planlaşdırılır.  

Laboratoriyalar 54 adda 100-dən çox müasir avadanlıq və cihazla təchiz olunacaq. Layihə çərçivəsində pedaqoji və inzibati heyətə həmin avadanlıqların düzgün idarə edilməsi üçün xüsusi təlimlər təşkil ediləcək. 

Seçilən
38
tehsil.biz

1Mənbələr