AZ

Macarıstan Netanyahuya sahib çıxdı: "Ölkəmizə dəvət edirik"

Macarıstanın baş naziri Orban Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Benyamin Netanyahu haqqında həbs qərarı çıxarmasından sonra diqqətçəkən açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Orban Netanyahunu ölkəsinə dəvət edəcəyini və həbs qərarına əməl olunmayacağına zəmanət verəcəyini bildirib.

Orban bu gün verdiyi açıqlamada Netanyahunu Macarıstana səfərə dəvət edəcəyini və Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu haqqında çıxardığı həbs qərarına əməl olunmayacağına zəmanət verəcəyini bildirib.

Bildirək ki, Beynəlxalq Cinayət Məhkəməsi Netanyahunun və keçmiş müdafiə naziri Yoav Gallantin, eləcə də HƏMAS lideri İbrahim Əl Masrinin (Məhəmməd Deif) Qəzzadakı münaqişə zamanı hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törədilməsində ittiham edərək həbslərinə order verib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
9
1
turkustan.az

1Mənbələr