AZ

“Bakıda COP29 mükəmməl təşkil olunub” – Zaxarova

“Bakıda noyabrın 11-dən etibarən keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) mükəmməl təşkilini qeyd etmək istəyirik”.

“Apress.az” “NEWS.ru”ya istinadən verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu tədbirin Azərbaycanda keçirilməsi, xüsusən də belə nəticələr, uğurlar və nümayiş etdirilən yüksək səviyyə Bakının dünya miqyasında nüfuzunu daha da artıracaq.

M.Zaxarova Rusiyanın Baş naziri Mixail Mişustinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan tərəfindən ənənəvi səmimi, qonaqpərvər qəbulunu vurğulayıb.

“Biz Azərbaycan və bütün maraqlı dövlətlərlə iqlim sahəsində əməkdaşlığı bundan sonra da inkişaf etdirməyi hədəfləyirik”, – o bildirib.

Seçilən
2
10
apress.az

10Mənbələr