AZ

Oman səfiri: Azərbaycanla əlaqələri bütün sahələrdə inkişaf etdirmək prioritetlərdəndir

Omanın Azərbaycanla əlaqələri bütün sahələrdə inkişaf etdirmək prioritetlərdəndir.

Bunu "Far.Az"un Türkiyə bürosuna açıqlamasında Omanın Azərbaycan və Türkiyə üzrə qeyri-rezident səfiri Saif Raşid əl-Cavari Ankarada Omanın Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.

O, Azərbaycanla Oman arasındakı siyasi və iqtisadı əlaqələri yüksək dəyərləndirdiyini bildirib:

"Yeni diplomatik fəaliyyətim müddətində Omanla Azərbaycan arasında əlaqələri inkişaf etdirmək prioritet təşkil edəcək. Xüsusilə siyasi, iqtisadi, ticarət və texniki əlaqələrin inkişafı diqqət mərkəzində olacaq".

Səfir iki ölkə arasında siyasi münasibətlərin də inkişaf etdiyinə diqqət çəkib:

"Bu yaxınlarda Azərbaycanın Omana yeni səfir təyin etməsi də siyasi əlaqələrin inkişafının göstəricisidir".

Saif Raşid əl-Cavari həmçinin Omanın Bakının ev sahibliliyi ilə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) böyük heyətlə iştirak etdiyini və bu tədbirin ölkəsində yüksək dəyərləndirildiyini vurğulayıb.

Seçilən
13
far.az

1Mənbələr