AZ

Zəfər dolu 32 il ŞƏRH

Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin yeni tarixində mühüm siyasi əhəmiyyətli hadisələrdəndir. Azərbaycanın son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmış Yeni Azərbaycan Partiyası qısa zaman ərzində xalqın sevgisini, etimadını qazanmış və iqtidar partiyasına çevrilmişdir. Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 32- ildə bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək, bir birindən əhəmiyyətli uğurlara, tarixi Zəfərlərə imza atmışdır.

Azərbaycan 1991-93 cü illərdə bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz üzə dayanmışdı. Dövlət müstəqilliyinin itirilməsi təhlükəsi, vətəndaş qarşıdurmasının dərinləşməsi, zorla düçar olduğumuz müharibədə uğursuzluqlar, hakimiyyət uğrunda mübarizə həmin dövrün xarakteristikasıdır. Yüksək vəzifələrə idarəetmə bacarığı, səriştəsi, savadı olmayan insanların təyin edilməsi, ölkəmizin üzləşdiyi ağır durumu daha da dərinləşdirir, ölkəni uçuruma aparırdı.

Məhs ölkənin belə bir ağr, çətin durumunda qədirbilən Azərbaycan xalqı o zaman Naxçıvanda yaşayan Heydər Əliyevə üz tutdu. 16 oktyabr 1992 - ci ildə ölkəmizin bir qrup tanınmış ziyalısı Heydər Əliyevə müracət ünvanlandı. “91-lər”in müraciəti kimi Azərbaycanın ən yeni tarixinə daxil olmuş həmin müraciət, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Hər zaman qəlbi Azərbaycanla, xalqı ilə döyünən ulu öndər ölkəsinin bu ağır, çətin məqamina biganə qalmayaraq, xalqın çağırışına səs verdi, ölkənin ağırlıqlarını öz çiyinlərinə götürdü.

1992-ci il noyabrın 21-də Ulu öndər Heydər Əliyevin sədrliyi ilə Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans keçirildi. Təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul edildi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, Yeni Azərbaycan Partiyası yarandı və qısa müssət ərzində xalqın dəstəyi ilə hakim partiyaya çevrildi.

Təsis konfransını 550 nəfərin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasınin 10 illiyinə 280 min üzv birləşirdirsə, bu gün onların sayı 730 mindən artıqdır. Əlbəttə ki, bu onu göstərir ki, qədirbilən xalqı ulu öndər Heydər Əliyev ideyyalarına sadiqdir və Prezident İlham Əliyevin həyata kecirdiyi uğurlu, düşünülmüş siyasətin gələcəyinə inanır.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmizin üzərindəki qara buludlar dağılmağa başladı, ölkənin ictimai-siya-si, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə, bir sözlə bütün sahələrdə ciddi dönüş yarandı.

Ötən 32 ilə nəzər salsaq görərik ki, Yeni Azərbaycan Partiyasının həyatı mühüm hadisələrlə, Zəfərlərlə zəngin olmuşdur. Partiyamızın ötən dövr ərzində keçirdiyi Qurultaylarda qəbul olunan qərarlar Partiyanın həyatında, Azərbaycanın inkişafında mühüm rol oynamış, ölkənin milli maraqlarına xidmət etmişdir.

Ulu öndər Heydər Əliyev Prezident kimi 10 illik fəaliyyəti dövründə bir iqtisadi formasiyadan digərinə keçid alan Azərbaycan cəmiyyətini bütün təhlükələrdən xilas edərək, yeni iqtisadi modellə gələcəyimizi İlham Əliyev kimi gənc, peşəkar siyasi liderin rəhbərliyinə istiqamətləndirdi. İlham Əliyev hakimiyyətə gəlişi ilə Azərbaycan dövləti üçün yeni səhifə açdı. Bu səhifə tariximizə qızıl hərflərlə yazıldı. Bu səhifə 30 illik Qarabağ işğalına son qoydu. Xaqımıza tarixi Zəfər bəxş etdi. Bu səhifə Azərbaycanı qalib ölkəyə, xalqımızı qalib xalqa çevirdi.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Seçilən
18
1
sesqazeti.az

2Mənbələr