AZ

Ermənistanın aldığı ATAGS-lər sıradan çıxdı

Ermənistanın Hindistandan aldığı ilk 6 ədəd ATAGS haubitsası sınaqlar zamanı sıradan çıxıb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın “Yerevanskiy nablyudatel” Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, iki sistem dərhal sıradan çıxıb (erməni tərəfi Hindistan nümayəndələrinin gəlişini belə gözləmədən haubitsaları dağıdıb), dördünü isə çətinliklə də olsa, yüksək dağlıq əraziyə darta biliblər:

“Bununla yanaşı, “Ashok Leyland FAT” yedəkləri də ərazidə özünü pis göstərib. Təpmə sisteminin qeyri-sabit işləməsi tənqidlərə səbəb olub. Və ən böyük çatışmazlıq enerji təchizatı sistemi söndürüldükdə və ya uğursuz olduqda balqabağa dönən tam elektrikləşdirilmiş silah ötürücüsüdür”.

Kanalln məlumatına görə, əslində, bazarda ATAGS-dən daha etibarlı və daha ucuz silahlar var. Uğursuz sınaqlardan sonra külli miqdarda hind silahlarının alınması yalnız pulsilmə və korrupsiya ilə bağlı ola bilər.

Qeyd edək ki, Hindistanın “İndian Defense Research Wing” nəşri Ermənistanın bu ölkədən aldığı 6 ədəd ATAGS haubitsasının sınağının uğurla keçirildiyini və daha 78 ədəd bu sistemdən alınacağını yazmışdı.
Seçilən
0
4
sherg.az

5Mənbələr