AZ

“Əmək miqrasiyası kvotasının müəyyənləşməsi qaydasındakı dəyişikliklə bağlı AÇIQLAMA

Bakı. Trend:

Nazirlər Kabineti “Əmək miqrasiyası kvotasının müəyyən edilməsiQaydası”nda dəyişikliklər edib. Dəyişikliklərə əsasən, əməkmiqrasiyası kvotası Nazirlər Kabineti tərəfindən hər ilinbaşlanmasına 3 ay deyil, 1 ay qalmış təsdiq ediləcək. İşəgötürənlərnövbəti il üçün əcnəbi işçi qüvvəsinə tələbata dairproqnoz-məlumatı Dövlət Miqrasiya Xidmətinə hər il mayın 1-dəkdeyil, avqustun 1-dək təqdim edəcək.

Bu barədə Trend-ə Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatdadeyilib.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət MiqrasiyaXidməti, Dövlət Neft Şirkəti aidiyyəti məlumatları müvafiqqurumların nümayəndələrindən ibarət Komissiyaya hər il avqustun1-dək deyil, sentyabrın 1-dək təqdim edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Komissiyaya təqdimolunan məlumatlar əsasında icmal hazırlayaraq Komissiya üzvlərinəhər il avqustun 15-nə qədər deyil, oktyabrın 15-nə qədər təqdimedəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Komissiyayatəqdim etməli olduğu məlumatlara Nazirliyin elektron sistemiüzərindən əcnəbilərin iş icazəsi əsasında qüvvədə olan əməkmüqavilələri üzrə təhlillər də daxil ediləcək.

Elm və Təhsil Nazirliyi növbəti il üçün peşə və ixtisaslar üzrəali, orta ixtisas və peşə təhsili müəssisələri ilə yanaşı, tam ortatəhsil bazası üzrə ümumi təhsil müəssisələrində təhsilləri başaçatacaq vətəndaşların sayı barədə də məlumatı Komissiyaya təqdimedəcək. Cari və ötən il üçün təsdiq edilmiş kvotadan istifadəolunması vəziyyətinə dair Dövlət Miqrasiya Xidməti tərəfindəntəqdim edilən məlumatda iş icazələri qüvvədə olan əcnəbilərin adlısiyahısı da göstəriləcək.

Növbəti il üçün kvota ilə bağlı təkliflər Komissiya tərəfindənNazirlər Kabinetinə hər il sentyabrın 15-dək deyil, noyabrın 10-dəktəqdim ediləcək.

Seçilən
2
10
az.trend.az

10Mənbələr