İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dekabrın 24-də növbəti dəfə torpaq hərracları keçirəcək.
Missiya.Az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, hərraclar ƏMDX-nın Şirvan, Mingəçevir, Ucar, Qazax, Beyləqan, Şamaxı, Şəki və Qəbələdə yerləşən ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 27 torpaq sahəsi çıxarılacaq.