AZ

PSJ ''Park de Prens''i tərk edir

Fransanın PSJ komandası ev oyunlarını keçirdiyi ''Park de Prens'' stadionunu tərk edəcək.

Apasport.az xəbər verir ki, bu barədə paytaxt klubunun sahibi Nasser əl-Xəlaifi məlumat verib.

Qətərli iş adamı bildirib ki, çoxsaylı cəhdlərə baxmayaraq, arenanın satışı ilə bağlı Paris şəhər bələdiyyəsini razı sala bilmirlər. O, azarkeş tutumunu artırmaq üçün stadionu satın almaq istəyir.

Funksioner yeni arenanın 3-4 il ərzində hazır olacağını bildirib.

Qeyd edək ki, PSJ komandası 1974-cü ildən ev matçlarını ''Park de Prens''də keçirir.

"Siti" Qvardiola ilə yeni müqavilə imzaladı – Rəsmi

"Trabzonspor"un ümumi borcu 10 milyardı ötüb

"Qarabağ"ın rəqibində maliyyə böhranı: 6 futbolçu satılacaq

"Yuventus"da növbəti ayrılıq

Jorjinyo "Beşiktaş"ın hədəfində

Seçilən
4
3
apasport.az

9Mənbələr