AZ

Müharibə KULMİNASİYA HƏDDİNDƏ: “Qərb də, Zelenski də anlayır ki…”

“Müharibə kulminasiya həddinə çatıb”.

Bu fikri Rusiya-Ukrayna müharibəsinin hazırkı vəziyyətini Yenicag.az-a şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Hərbi ekspert bildirib ki, Putinin cavabından sonra Qərb ölkələri yenidən düşünməli olacaq:

“Ukraynanın ATACMS-lərdən istifadə etməsinin müharibənin gedişinə bir təsiri olmayacaq. Rusiyanın verdiyi cavab Ukrayna və tərəfdaşlarına bir cavab idi. Rusiyanın Ukrayna ərazisinə atdığı qitələrarsı raketin qarşısını alacaq hava hücumundan müdafiə sistemi isə yoxdur. Məntiq onu deyir ki, müharibə kulminasiya nöqtəsinə çatır”.

“Qərb də, Zelenski də anlayır ki, Rusiyanı məğlub edə bilməyəcək. Belə olan halda, danışıqlar masası qalır. Qeyd etmək lazımdır ki, Ukraynaya verilən icazə məhdudiyyətlidir. Məhdudiyyətlərin olmasına görə raket zərbələri müharibənin gedişinə ciddi təsir göstərməyəcək. Avropada da Rusiya ərazisinin vurulması birmənalı qarşılanmır. Trampın gəlişi ilə isə sülh müqaviləsi imzalana bilər. Çünki Tramp öz adını tarixə sülhü bərqərar etmiş kimi yazıdırmaq niyyətindədir”.

Səxavət Məmməd

Seçilən
12
yenicag.az

1Mənbələr