Qırğızıstanda parlamentin keçmiş spikeri Kanatbek İsayev saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sputnik Near Abroad" yazıb.
Vəkil Bakıt Osmonəliyevin sözlərinə görə, Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları keçmiş spikeri noyabrın 20-də saxlayıblar. Bu gün məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçməlidir, lakin vəkil məmurun nədə təqsirləndirildiyini açıqlamayıb.
Kanatbek İsatev dəfələrlə Joqorku Keneşin deputatı, Tokmok meri və prezidentin Çuy vilayətindəki səlahiyyətli nümayəndəsi olub. 2020-ci ildə o, bir aydan az müddətə parlamentin spikeri vəzifəsində çalışıb.
Aydın