AZ

Arvadını öldürən “Embawood”un şöbə rəisinin cəzası bəlli oldu

Binəqədi rayonunda arvadını qətlə yetirən Rəşad Quliyev 1 il azadlıqdan məhrum edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ekspert rəyləri ilə Rəşadın cinayəti anlaqsız vəziyyətdə törətdiyi sübut edilib.

Təqsirləndirilən şəxsin anket məlumatlarından görünür ki, o, tam ali təhsillidir. Bu hadisəyə kimi "Embawood" şirkətində planlaşdırma şöbəsinin rəisi işləyib. Rəşad 12 il əvvəl Aygül Quliyeva ilə ailə həyatı qurub. Bu evlilikdən onların iki övladı var. Ailənin maddi vəziyyəti yaxşı olub.

Ər-arvad arasındakı mübahisəyə səbəb isə qısqanclıq və bəzi xoşagəlməz hərəkətlər olub. Rəşad ifadəsində deyib ki, Aygül tez-tez onu təhqir edib, sonuncu dəfə hətta onunla yaşamaqdan iyrəndiyini deyib. 

Bu narazılıqlarla bağlı sonuncu mübahisədə Rəşad yüksək hiss-həyəcən, stress vəziyyətində arvadını bıçaqla qətlə yetirib.
Təqsirləndirilən şəxsə əvvəl 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə verilmiş ittiham sonradan 122.1-ci (qəfil baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

İşi Binəqədi Rayon Məhkəməsinin hakimi Elçin Ağayev araşdırıb. Hakim yekun iclasda təqsirləndirilən şəxsə düzgün ittiham verildiyini bəyan edib. 

Hökmə əsasən, Rəşada 1 il azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzasının əvvəli bu ilin aprelindən hesablandığı üçün 5 ay sonra azadlığa buraxılmalıdır.

Milli.Az

Seçilən
10
24
milli.az

10Mənbələr