AZ

NATO-nun baş katibi Trampla görüşə gedir

NATO-nun baş katibi Mark Rutte yaxın vaxtlarda ABŞ-a səfər edərək Ukraynadakı müharibəni müzakirə etmək üçün yeni seçilmiş prezident Donald Trampla görüşə bilər.

Modern.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” öz mənbələrinə istinadən yazıb.

Qəzet yazır: “Rutte tezliklə Trampın iqamətgahına baş çəkərək, Ukraynada müharibəyə son qoymaq üçün danışıqlar strategiyasını müzakirə edəcək”.

Nəşr yazır ki, bu yaxınlarda Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirləri ilə görüşü zamanı Rutte Avropa liderlərini Tramp haqqında dedi-qodu etməməyə, onunla dialoqa çağırıb, çünki Avropaya Amerikanı yanında görmək lazımdır.

Xatırladaq ki, noyabrın 5-də keçirilən prezident seçkilərində qalib gəldikdən sonra Tramp Ukraynada müharibəyə son qoymaq niyyətində olduğunu bəyan edib.

Seçilən
14
1
modern.az

2Mənbələr