AZ

Laosda zəhərlənmədən 6 turist öldü

Laosda kütləvi zəhərlənmə baş verib.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki, kütləvi zəhərlənmə nəticəsində altı xarici turist ölüb. Birləşmiş Ştatlar və Böyük Britaniya da daxil olmaqla bir sıra Qərb dövlətləri öz vətəndaşlarının Laosda öldüyünü təsdiqləyib. Ölümlərin səbəbləri  bəlli olmasa da, bəzi fərziyyələrə görə zəhərlənmələrə səbəb metanoldur. Hadisə Laosun  Vang Vieng şəhərində baş verib. Mütəxəssislər dərhal bu şəhərlə bağlı araşdırmalara başlayıblar. Möhtəşəm  mənzərəsi və rahat atmosferi ilə tanınan Sonq çayı üzərindəki şəhər, paytaxt Vyentiana ilə YUNESKO-nun Ümumdünya İrsi siyahısına salınmış Luanq Prabanq şəhəri arasında səyahət edənlər üçün əsl əyləncə yeridir. 2000-ci illərin ortalarına qədər Vang Vieng ucuz alkoqol və qeyri-qanuni narkotiklərin geniş dövriyyəsinin mərkəzi idi.  2012-ci ildə hökumət bir çox ucuz barları bağladı və şəhər  daha çox macəra səyahəti və eko-turizm qaynar nöqtəsinə çevrilməyə yönəldi.Son illərdə şəhər, xüsusilə Cənubi Koreyadan və qonşu Çindən gələn  ailələrin sevimli məkanına çevrilib.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
15
konkret.az

1Mənbələr