AZ

Qənirə Ataşovanın adından saxta yazışmalar yayıldı - FOTO

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova barəsində ortaya çıxan "yazışma görüntüləri"nə reaksiya verib.

Turkustan.az xəbər verir ki, jurnalist bu barədə feysbuk səhifəsində açıqlama yayaraq bildirib:

"Haqqımda paylaşılan "yazışma" görüntüləri tamamilə saxtadır və fotoşopla düzəldilib. Azərbaycanda saxta plastik cərrahlarla bağlı apardığım mübarizə hər kəsə bəllidir. Bu mübarizəm onlara çox ağır gəlib və indi mənim nüfuzumu zədələmək üçün belə ucuz yollara əl atırlar. Əgər bu görüntülər fotoşop deyilsə, onların videoscreen paylaşmasını tələb edirəm. Sadəcə şəkil yox, tam bir ekran videosu çəkərək bunu sübut etsinlər. O screendə mənim izləyicilərim və paylaşımlarım niyə əks olunmayıb? Çünki diplomunuz kimi əməliniz də fakedir...

Təəssüf ki, Azərbaycanda bəzi özünü plastik cərrah adlandıran insanlar təkcə plastik cərrah yox, həm də mafiyalaşmış qruplaşma kimi fəaliyyət göstərirlər. Onlar elmə yox, cahilliyə və öz mənfəətlərinə xidmət edirlər. Bu saxta həkimlər rezidentura təhsili almadan, yalnız saxta sertifikatlarla özlərini cərrah kimi təqdim edirlər. İnsanlarımızın sağlamlığını riskə atan bu şəxslərlə mübarizəmi davam etdirəcəyəm. Çünki bu, mənim vicdan və ədalət borcumdur. Onların dövlətə ödəmədiyi vergilərini də hamıya xatırladım".

Xatırladaq ki, bir müddət öncə ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova öz "Instagram" hesabında 50-yə yaxın plastik cərrahın adını paylaşaraq onları, həmçinin Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham etmişdi. O, həmin həkimlərin nazirliyə 30 min manat rüşvət verərək ixtisaslarını dəyişdiklərini iddia etmişdi.

Şairə-tamada Nazilə Səfərli onun barəsində "cərrahların siyahısı sifarişlə hazırlanıb, bununla bağlı yazışmalar əlimizdədir" deyə iddialar səsləndirmişdi.

Onu da əlavə edək ki, Qənirə Ataşovanın "Instagram" səhifəsi çoxsaylı şikayət nəticəsində bağlanıb.

Seçilən
2
10
turkustan.az

10Mənbələr