Bakı. Trend:
Xaçmaz rayonunda ədliyyə işçilərinin peşə bayramı qeydolunub.
Trend xəbərverir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumatyayıb.
Bildirilib ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı ElnurRzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri və ədliyyəişçiləri əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə güldəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ədliyyəişçilərini təbrik edib, peşə fəaliyyətlərində uğurlar arzulayıb.İcra başçısı Azərbaycan ədliyyəsinin ötən dövrdəki inkişafyolundan, Ümummilli Lider Heydər Əliyevin bu sahəyə göstərdiyidiqqət və qayğıdan eləcədə Prezident İlham Əliyevin rəhbərliyi iləson illər ölkəmizdə davamlı sabitliyin və təhlükəsizliyin təminolunması istiqamətində görülən işlərdən danışıb.
Digər çıxış edənlər də ədliyyə işçilərini təbrik edib, xoşarzularını çatdırıblar.
Sonda bir qrup ədliyyə işçisi Fəxri Fərmanla təltif olunub.