Əməkdar artist Füzuli Hüseynov filmlərdə rol almamasından danışıb. Axşam.az xəbər verir ki, bu haqda aktyor "El canlı" verilişində söz açıb. O bildirib ki, bir çox filmə dəvət alsa da, rejissorlar onu çəkməkdən imtina ediblər:
"Səbəbini heç kim bilmir. Qəribə aura olurdu. Universitetə daxil olduğum 1980-ci ildən bitirdiyim 1984-cü ilə qədər bütün filmlərə dəvət almışam. Sonra niyə çəkilməməyimin səbəbini heç kim deməyib. Yəqin onda da bir mafiya var idi.
Ən sonda Ceyhun Mirzəyev "Bəyin oğurlanması"nda dedi, istəyirəm çəkiləsən. Cavab verdim ki, özünüzü yormayın, bütün filmlərə dəvət edilirəm, amma çəkilmirəm. Dedi, yox, get foto çəkdir gətir. Getdim fotolar çəkdirdim, gəldim. Bəzi fotoları cırdı ki, pis idi çırdım, amma filmdə rol alacaqsan. O da mənim ilk filmim oldu".