“Gecəgörmə cihazları, müasir dron vasitələrlə, termal kameralar, eləcə də son nəsil qabaqlayıcı texnoloji vasitələrdən istifadə edilməklə dövlət sərhədinin mühafizəsi və müdafiəsi həyata keçirilir”
EDnews xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Sərhəd Komendantlığının qərərgah rəisi, baş leytenant Qoşqar Behbudzdə bildirib.
Onun sözlərinə görə, mövcud olan "KS-205" sistemləri vasitəsilə çətin relyefdə bütün sərhəd pozuçularının vaxtında aşkar olunaraq yaxalanması həyata keçirilir:
“Dövlət sərhədinin toxunulmazlığı Azərbaycan Respubklikası üçün ən vacib məsələdir, daim bizim nəzarətimizdədir. Dövlət sərhədi etibarlı şəkildə mühafizə və müdafiə olunmaqdadır. Sərhəd pozucularına qarşı odlu silahdan istifadə bizim üçün son zərurət vasitəsidir. Bütün hadisələr hüquq-mühafizə orqanlarının təlimatına uyğun şəkildə tənzimlənir. Sərhəd pozucuları dövlət sərhədini qeyri-qanuni pozmağa cəhd göstərdikdə, sərhədçilərə silahlı müqavimət göstərdikdə, eləcə də digər təhlükəli hallarda sərhəd naryadı tərəfindən silah tətbiq olunur”.