Bakı. Trend:
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli MəclisininDaxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “KonstitusiyaMəhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyayaqarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiqedilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklikedilməsi haqqında Qanunu imzalayıb.
Trend xəbər verir ki, sənədəəsasən, “Azərbaycan Respublikası Milli Məclisinin DaxiliNizamnaməsi”nə aşağıdakı məzmunda maddə əlavə edilib:
“Maddə 21-2. Azərbaycan Respublikasının Korrupsiyaya qarşımübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən müəyyən olunanüzvlərinin seçilməsi
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrəKomissiyasının Milli Məclis tərəfindən müəyyən olunan üzvlərideputatlar, Azərbaycan Respublikası Hesablama Palatasının üzvlərivə Azərbaycan Respublikasının Milli Məclisi Aparatının rəhbərliyisırasından seçilir.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrəKomissiyasının Milli Məclis tərəfindən müəyyən olunan üzvləri MilliMəclisin sədrinin təqdimatı əsasında Milli Məclisin azı 63deputatının səs çoxluğu ilə seçilir.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrəKomissiyasının tərkibinə daxil edilməsi üçün irəli sürülənnamizədlərin seçilməsi Milli Məclisin qərarı ilərəsmiləşdirilir.”.
“Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrəKomissiyası haqqında” Əsasnamədə aşağıdakı dəyişiklikləredilib:
“7.8-1. dövlət orqanlarında və digər qurumlarda aparılankorrupsiya risklərinin qiymətləndirilməsini təhlil edir vənəticələrinə uyğun olaraq tövsiyələr verir;
7.8-2. korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər vəkorrupsiya risklərinin qiymətləndirməsinin nəticələri barədəictimaiyyətə məlumat verir;”;
“9. Komissiya 15 üzvdən ibarətdir. Komissiyanın 5 üzvü müvafiqicra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən,5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvüisə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindənmüəyyən edilir.”;
“9-1. Komissiya üzvlərinin səlahiyyət müddəti 5 ildir.
9-2. Komissiyanın müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqan (qurum) tərəfindən müəyyən edilən üzvləri hüquqmühafizə orqanlarının rəhbərləri və müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqanın (qurumun) vəzifəli şəxslərisırasından təyin edilirlər.
9-3. Komissiyanın Azərbaycan Respublikasının Milli Məclisitərəfindən müəyyən olunan üzvləri deputatlar, AzərbaycanRespublikası Hesablama Palatasının üzvləri və AzərbaycanRespublikasının Milli Məclisi Aparatının rəhbərliyi sırasındanseçilir.
9-4. Komissiyanın Azərbaycan Respublikasının KonstitusiyaMəhkəməsi tərəfindən təyin edilən üzvləri məhkəmə, prokurorluq,ədliyyə orqanları və Vəkillər Kollegiyasının nümayəndələrindənibarətdir.
9-5. Komissiyanın fəaliyyətinə rəhbərliyi və işinin təşkiliniKomissiyanın sədri həyata keçirir. Komissiyanın sədri onuntərkibindən Komissiya üzvlərinin sadə səs çoxluğu ilə seçilir.
9-6. Komissiya üzvlərinin səlahiyyətlərinə aşağıdakı hallardavaxtından əvvəl xitam verilir:
9-6.1. öz arzusu ilə;
9-6.2. tutduğu vəzifədən azad edildikdə;
9-6.3. barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmüvə ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuniqüvvəyə minmiş qərarı olduqda;
9-6.4. Azərbaycan Respublikasının vətəndaşlığına xitamverildikdə, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya başqadövlət qarşısında öhdəlik götürdükdə;
9-6.5. Komissiyanın nüfuzuna xələl gətirə biləcək hərəkətlərəyol verdikdə;
9-6.6. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyətqabiliyyəti məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqedildikdə;
9-6.7. vəfat etdikdə, yaxud məhkəmə tərəfindən ölmüş və yaxəbərsiz itkin düşmüş elan edildikdə.
9-7. Komissiya üzvü Komissiyadakı vəzifələrinin icrası iləmaraqları arasında ziddiyyət yarana biləcəyi hallarda həminmaraqlar barəsində Komissiyanın sədrinə məlumat verməli vəKomissiya üzvlərinin rəyi öyrənilməlidir. Komissiyanın üzvüKomissiya sədrinin və Komissiyanın digər üzvlərinin rəyinə uyğunolaraq, onun marağının yarandığı məsələ ilə bağlı çıxış etməməli vəsəsvermədə iştirak etməməlidir.
9-8. Komissiya ictimai (ödənişsiz) əsaslarla fəaliyyətgöstərir.
9-9. Komissiya korrupsiyaya qarşı mübarizə sahəsində hüquqibazanın təkmilləşdirilməsi üzrə işin təşkili və birgə tədbirlərinhəyata keçirilməsi, sahə üzrə tədqiqat, təhlil materiallarınınhazırlanması, dövlət proqramlarının monitorinqi vəqiymətləndirilməsi, cinayət yolu ilə əldə edilmiş əmlakınleqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşımübarizə sahəsində müvafiq tədbirlərin yerinə yetirilməsi, habeləmaarifləndirmənin həyata keçirilməsi üçün dövlət orqanlarının(qurumlarının) müvafiq sahə üzrə nümayəndələrindən ibarət işçiqruplar yarada bilər.
9-10. İşçi qrupların tərkibinə müvafiq sahələr üzrəqeyri-hökumət təşkilatları, media subyektləri və özəl sektorunnümayəndələri, müstəqil ekspertlər daxil edilə bilər.
9-11. İşçi qrupların hazırladığı sənədlər Komissiyanıniclaslarında müzakirəyə çıxarıla və müvafiq qərarlar qəbul ediləbilər.”;
3.5. 10-cu maddənin ikinci cümləsində “, lakin üç ayda birdəfədən az olmayaraq” sözləri “bu Əsasnamənin 13-cü maddəsindənəzərdə tutulmuş Reqlamentlə müəyyən edilmiş qaydada” sözləri iləəvəz edilsin.
Maddə 4. Keçid müddəa
Bu Qanun qüvvəyə minənədək təyin edilmiş Komissiya üzvlərininAzərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəliQanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Korrupsiyayaqarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”nin 9-1-cimaddəsi ilə müəyyən edilən səlahiyyət müddəti bu Qanun qüvvəyəmindiyi gündən hesablanır.