AZ

İki ölkəni birləşdirən körpü, YOXSA...

Həyatımız boyu  bir çox sadə və dizaynı diqqət çəkən körpülərə rast gəlmişik. Bəziləri yüksəklik qorxusuna səbəb olacaq qədər hündür, bəziləri sonu görünməyən uzunluq, bəziləri isə gözəl mənzərə təqdim edirlər. Sizə bir neçə addım atmaqla özünüzü tamamilə fərqli bir ölkədə tapa biləcəyiniz və saatınızı belə tənzimləməyi tələb edən bir mövqedə olacağınız körpünü təqdim edirik.

Haqqında danışdığımız bu körpü iki ölkəni - Portuqaliyanın Arronches bələdiyyəsi və İspaniyanın La Kodosera bələdiyyəsini birləşdirən taxta konstruksiyaya malikdir. Körpünün dəqiq uzunluğu (bəziləri bunun 3,2 metr olduğunu deyir) ilə bağlı fərqli fikirlər səsləndirilsə də, Arronches bələdiyyəsi onun təxminən 6 metr uzunluğunda olduğunu bildirir. Körpünün hissələri və yan konstruksiyaları haqqında rəsmi məlumat yoxdur. Bu kiçik körpüyə yolunuz düşərsə, unutmayın ki, Portuqaliya Qərbi Avropa Standart Saatından (UTC +/- 0 saat) və İspaniya Mərkəzi Avropa Saatından (UTC + 1 saat) istifadə etməli olacaqsınız. Bu səbəbdən körpünü hər dəfə keçəndə saatınızı +/-1-ə qurmalısınız.

Körpünün adı hansı tərəfdə dayanmağınızdan asılı olaraq dəyişir. "Petite puente" və ya "Marco ponte" kimi tanınan bu körpü 2000-ci illərdə Avropa İttifaqının (Aİ) maliyyəsi ilə köhnə körpünün yerində tikilib. Bununla belə, iki qonşu xalq arasındakı sərhəd əslində yalnız xəritələrdədir, keçidlər çox vaxt qanuni icazələr alınmazdan əvvəl həyata keçirilir.

Abrilonqo çayı üzərindəki bu körpüyə ilk diqqət etdikdə, "buradan atlaya bilərəm" deyə düşünə bilərsiniz. Amma bu düşüncədən əl çəkməyinizi tövsiyə edirik. Çünki “TheMayor.eu”-nun məlumatına görə, körpünün altından axan su kifayət qədər təhlükəli ola bilər. Ərazidə yaşayan yerli əhali suların təhlükəsindən qorunmaq üçün keçid məntəqəsi yaradırdılar. Belə ki, körpünün yerləşdiyi ərazidə bu illər ərzində çoxlu qaçaqmalçılıq halları olub.

Körpünün eni 1,5 metrə yaxın olduğu üçün velosipedçilər, motosikletlər və bəzən piyadalar üçün keçid məhdudlaşdırılır. Buradan hər keçid edəndə pasport nəzarəti olmur. Buna səbəb həm İspaniyanın, həm də Portuqaliyanın Aİ üzvü olmasıdır. İddiyaya görə bu körpünün rəqiblərdən biri də Kanada və ABŞ-ı birləşdirən Zavikon adasındakı körpüdür. Amma bu körpünün uzunluğu təxminən 10 metrdir.  Başqa bir "böyük" problem bu körpünün deyildiyi kimi Kanada və ABŞ-ı birləşdirməməsidir. Körpünün başlanğıcı və sonunun yerləşdiyi hər iki ada əslində Kanada sərhədləri daxilindədir.
Nəticə etibarı ilə, müqayisədə qalib tərəf "Petite puente" və ya "Marko ponte" körpüsüdür. 

Vüsal Cahanov, “İki sahil”

Seçilən
21
ikisahil.az

1Mənbələr