Bakı. Trend:
2024-cü ilin yanvar-oktyabr ayında Türkiyədə Özbəkistan kapitalıilə 49 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrüilə müqayisədə 32 şirkət azdır.
Trend xəbərverir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından(TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Özbəkistanşirkətlərinin məcmu kapitalı 93 milyon 707 min türk lirəsi olduğuhalda, 2023-cü ilin eyni dövründə bu rəqəm 60 milyon 840 min türklirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-oktyabr ayındaÖzbəkistan şirkətlərinin əksəriyyəti İstanbulda (42) qeydiyyataalınıb.
“İstanbulda qeydiyyatdan keçən Özbəkistan şirkətlərinin ümumikapitalı 79 milyon 962 min türk lirəsi təşkil edib”, – deyəTOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-oktyabr ayında TürkiyədəÖzbəkistan kapitalı ilə 29 ticarət şirkəti qeydiyyata alınıb. Qalanşirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.