AZ

Azərbaycan kərə yağının idxalını 85% artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 139 milyon 69 min ABŞ dolları dəyərində 24 min 464 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 56 milyon 418 min ABŞ dolları (76,6%), miqdar baxımından isə 11 min 260 ton (85,3%) çoxdur.

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 73 milyon 651 min ABŞ dolları dəyərində 13 min 205 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

Bu ilin 10 ayının nəticələrinə görə 1 kq kərə yağının orta idxal qiyməti 9,04 manat təşkil edib ki, bu da illik müqayisə ilə 44 qəpik və ya 4,7% azdır.

10 ayda kərə yağı və süddən hazırlanmış digər yağların idxalı ölkənin ümumi idxalının 0.84%-ni təşkil edib.

Seçilən
11
3
fed.az

4Mənbələr