AZ

Azərbaycan və İsrail arasında nəqliyyat sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə edilib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqevlə görüşüb.

Olaylar xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə iki ölkə arasında hava nəqliyyatı, "ağıllı" nəqliyyat sistemləri və dəniz nəqliyyatı sahəsinin rəqəmsallaşdırılması üzrə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Bu istiqamətdə müvafiq işçi qrupunun yaradılması və bu çərçivədə müzakirələrin aparılması barədə razılığa gəlinib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
27
12
olaylar.az

10Mənbələr