Federiko Kyeza yanvarda vətəninə qayıda bilər.
İtaliya millisinin və “Liverpul”un futbolçusu ilə bağlı xəbəri “Tuttosport” yayıb. Bu mənbəyə görə, “İnter” 27 yaşlı yarımmüdafiəçini gələn ilin yanvarında mövsümün sonuna qədər icarəyə götürməyi planlaşdırır. Kyezanın transferi təşəbbüsü “İnter”nin prezidenti Cüzeppe Marottaya məxsusdu.
Qeyd edək ki, Kyeza “Liverpul”a ötən yay “Yuventus”dan keçib. O, indiyədək yeni komandasında 3 oyuna çıxıb. Futbolçunun “Liverpul”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta