AZ

PSJ Mbappeyə olan borcunu ödəyəcək?

Fransa Futbol Federasiyası PSJ-nin komandanın keçmiş hücumçusu Kilian Mbappeyə ödənilməmiş maaş və bonuslarla bağlı qərardan verdiyi şikayəti rədd edib.

Publika.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Daha əvvəl Fransa Peşəkar Futbol Liqası PSJ-yə futbolçuya 55 milyon avro ödəməyi əmr etsə də, klub bundan imtina edib və qərardan apellyasiya şikayəti verib. Paris klubunun hücumçuya borclu olduğu məbləğə ödənilməmiş maaşlarla yanaşı, bonuslar da daxildir.

Qeyd edək ki, Mbappe mövsümlərarası fasilədə azad agent kimi "Real"a keçib.

Seçilən
8
1
publika.az

2Mənbələr