AZ

10 əsgərə təcavüz edən polkovnikə 38 il həbs verildi

Əsgərlərə cinsi təcavüz etdiyi iddiası ilə mühakimə olunan keçmiş Sakarya Qarnizonunun komandiri, polkovnik Fahri Can Çağlar sonuncu dəfə hakim qarşısına çıxıb.

Publika.azxəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsin 5 ayrı cinayətə görə ümumilikdə 38 il 7 ay 106 gün müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.

Xidməti zamanı tabeliyində olan əsgərlərə cinsi təcavüz etdiyi iddia edilən polkovnik Fahri Can Çağlar həbs edilib. İttiham tərəfi Çağların “Cinsi qısnama cəhdi” və “Seksual qısnama” cinayətlərinə görə cəzalandırılmasına dair rəyini təqdim edib.

Şübhəli Sakarya 4-cü Ağır Cinayətlər Məhkəməsində sonuncu dəfə hakim qarşısına çıxıb. İclasda təqsirləndirilən şəxs və tərəfin vəkilləri iştirak ediblər.

Seçilən
12
publika.az

1Mənbələr