AZ

Gələn ilin buraxılış imtahanlarında yenilik olacaq - Detallar AÇIQLANDI

"Ötən il hansı model tətbiq olunubsa, yenə də həmin model tətbiq olunacaq".

Bunu İTV-ə müsahibəsi zamanı Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Afiqə Batıyeva gələn ilin buraxılış imtahanlarında bir sıra dəyişikliklərin olacağı ilə bağlı fikirlərə cavab verərkən deyib.

O, 11-ci siniflərin buraxılış imtahanlarında xarici dil fənləri üzrə imtahan modelində heç bir dəyişiklik edilməyəcəyini bildirib.

Şöbə müdirinin sözlərinə görə, 9-cu siniflərin buraxılış imtahanında oxuyub-anlama, tətbiqetmə bacarıqlarını yoxlamaq məqsədilə 4 mətn istifadə olunacaq.

"Bu yeniliklərdən biridir, burada 3 mətn kiçik - cəmi 1-2 cümlədən ibarət olacaq. Həmin mətnlərin hər biri üzrə bir qapalı suala cavab vermək tələb olunacaq. Bunlardan əlavə bir qədər böyük mətn də var ki, o da oxuyub-anlama və tətbiqetmə bacarıqlarını yoxlamaq üçündür", - deyə o qeyd edib.

Seçilən
1
30
qaziler.az

10Mənbələr