AZ

"OpenAİ"-"Google" rəqabəti qızışır - Süni intellekt axtarış motorlarına nə qazandıracaq?

Süni intellektin qurucusu OpenAI, Google-un uzun müddət əlində cəmləşdirdiyi veb brauzerlər və axtarış sistemləri üzərində işləyir.


Bakupost.az “The Information” nəşrinin dərc etdiyi hesabata istinadla xəbər verir ki, şirkət bu sahələrdə əhəmiyyətli addımlar atmağı planlaşdırır.


ChatGPT ilə inteqrasiya olunmuş brauzer

Məlumata görə, OpenAI hazırda ChatGPT ilə əlaqələndirilmiş veb-brauzerin formalaşdırılmasının ilkin mərhələsindədir. Şirkət həmçinin səyahət, pərakəndə satış, daşınmaz əmlak və qida kimi sahələrdə veb sayt istifadəçilərinə qarşılıqlı əlaqə yaratmağa imkan verəcək axtarış alətini istifadəyə vermək üçün addımlar atır. Məhsulun prototipi qismən hazırdır.

Google hələ də bazara rəhbərlik edir

OpenAI-nin bu addımları Google-un brauzerlər və axtarış sistemlərindəki üstünlüyünə meydan oxumaq məqsədi daşıyır. 2024-cü ilin avqust ayındakı məlumatlara görə, Google Chrome qlobal brauzer bazarının təxminən 65 faizini tutur. Bundan əlavə, yanvar ayında Google Search-ın qlobal axtarış sistemləri bazarında payı 82 faizə bərabərdir.

Axtarış motorları Google üçün əsas gəlir mənbəyi olmağa davam edir. Şirkət sentyabrın sonu açıqladığı hesabatda üç ayda axtarış sistemindən 49,4 milyard dollar qazandığını bildirir. Bu rəqəm Google-un ümumi gəlirinin yarıdan çoxunu təşkil edir.

Google-dan süni intellekt addımları

Google axtarış sistemlərində süni intellektin istifadəsini artırmaq üçün yatırımlarını sürətləndirib. Keçən ay şirkət axtarış nəticələrinin süni intellektlə birgə təşkil edildiyi yeni tənzimləməni açıqladı. Bu yeni təcrübə təsnifləşdirmə və videoları, forum bağlantılarını və digər məzmunu səhifənin yuxarısına yönləndirir.

ChatGPT axtarış motorlarına rəqibdir

OpenAI artıq oktyabr ayında təqdim edilən ChatGPT-nin axtarış funksiyası ilə axtarış sistemlərinə rəqib olduğunu bəyan etdi. Bu xüsusiyyət hava və maliyyə birjaları kimi mövzuları real vaxtda təqdim etməyə qadirdir.

Google-a hüquqi təzyiqlər artır

Axtarış və brauzer məkanlarında Google-un üstünlüyü mübahisəsiz olsa da, bu, təhlükə altında ola bilər. ABŞ Ədliyyə Nazirliyi bu həftə Chrome-un satışı üçün Google-a təzyiqlər edir. Qurum avqust ayında Google-un reklam və axtarış bazarında qeyri-qanuni monopoliya yaratdığına qərar verib.

Google iddia ilə bağlı qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb. Şirkət Ədliyyə Nazirliyinin qərəzli məlumatları izlədiyini bəyan edib.

Elgün,Bakupost


Seçilən
13
40
bakupost.az

10Mənbələr