Dövlət Gömrük Komitəsininin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla MDB ölkələri arasında 5 milyard 701 milyon 705 min dollar dəyərində ticarət əməliyyatları aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% çoxdur.
Qeyd olunur ki, hesabat dövründə MDB ölkələri ilə ticarət əməliyyatları ölkənin ümumi ticarət dövriyyəsinin 31,84%-ni təşkil edib.
Ticarət dövriyyəsinin ayrı-ayrı ölkələr üzrə statistikası isə belədir:
Rusiya ilə 3 milyard 942 milyon 426 min dollar (1 il əvvələ nisbətən 14,5% çox),
Ukrayna ilə 380 milyon 144 min dolları (33,3% çox),
Türkmənistanla 337 milyon 715 min dollar (52,5% az),
Belarusla 403 milyon 960 min dollar (47,7% çox),
Qazaxıstanla 393 milyon 831 min dollar (38,7% çox),
Özbəkistanla 196 milyon 122 min dollar (37,2% çox),
Qırğızıstanla 33 milyon 981 min dollar (27,7% az),
Moldova ilə 8 milyon 342 min dollar (37% az),
Tacikistanla 5 milyon 177 min dollar (0,1% az) olub.
On ayda Azərbaycanın MDB ölkələrinə məhsul ixracının dəyəri 5% artaraq 1 milyard 405 milyon 330 min dollar təşkil edib.
Bu dövrdə Azərbaycandan Rusiyaya 972 milyon 509 min dollar (illik müqayisədə 1,2% çox), Ukraynaya 146 milyon 676 min dollar (54,7% çox), Türkmənistana 71 milyon 737 min dollar (1,2% az), Belarusa 39 milyon 994 min dollar (62,6% çox), Qazaxıstana 107 milyon 747 min dollar (23,2% çox), Özbəkistana 31 milyon 451 min dollar (19,9% az), Qırğızıstana 26 milyon 814 min dollar (39,3% az), Moldovaya 4 milyon 86 min dollar (57% az), Tacikistana 4 milyon 316 min dollar (6,2% az) dəyərində məhsul ixrac edilib.
Yanvar-oktyabrda Azərbaycanın MDB ölkələrindən məhsul idxalının dəyəri 11,1% artaraq 4 milyard 296 milyon 375 min dollar təşkil edib.
Bu dövrdə Azərbaycana Rusiyadan 2 milyard 969 milyon 917 min dollar (19,7% çox), Ukraynadan 233 milyon 468 min dollar (22,7% çox), Türkmənistandan 265 milyon 981 min dollar (58,3% az), Belarusdan 363 milyon 966 min dollar (46,3% çox), Qazaxıstandan 286 milyon 84 min dollar (45,6% az), Özbəkistandan 164 milyon 671 min dollar (58,8% çox), Qırğızıstandan 26 milyon 814 min ABŞ dolları (2 dəfə çox), Moldovadan 4 milyon 256 min dollar (13,9% çox), Tacikistandan 861 min dollar (48,2% çox) dəyərində məhsul idxal edib.
Ölkənin ümumi idxalında MDB ölkələri 25,83%, o cümlədən Rusiya 17,85%, Ukrayna 1,4%, Türkmənistan 1,6%, Belarus 2,19%, Qazaxıstan 1,72%, Özbəkistan 0,99%, Qırğızıstan 0,04%, Moldova 0,03%, Tacikistan 0,01% paya sahib olub.
“AzPolitika.info”