AZ

Azərbaycanda neftin QİYMƏTİ ENƏCƏK... - Bu sahədə yeni addımlar gözlənilir

“Əgər neftin qiyməti enərsə, mənfi təsirləri qarşılamaq üçün ehtiyat addımlarımız var”.


Bu sözləri Maliyyə naziri Samir Şərifov açıqlamasında deyib.


Həmin ehtiyat addımları nələr ola bilər? Neftin qiymətinin enməsi gözlənilirmi?


Bu sualları neft məsələləri üzrə ekspert İlham Şaban Referans.az-a açıqlamasında cavablandırıb.




“Nəzərdə tutulan addımlar bir neçə səpkidə ola bilər. İlk növbədə hökümət xərcləmələri neftdən gələn gəlirlərin aşağı düşmə tempi ilə uzlaşdıra bilər; iqtisadi fəallığı artırmaqla qeyri-neft sektorundan daha çox vergi yığa bilər; mövcud kölgə iqtisadiyyatının dairəsini bir qədər də daralda bilər; dövlət əmlakından daha rasional istifadə etmək və müəyyən obyektlərin özəlləşdirilməsini artırmaq da mümkündür”.


Ekspert bildirib ki, daxili bazar üçün qiymətli kağızlar buraxması və nəhayət: dövlətin və hökumətin icra strukturlatında islahatlar aparıb bir birinin funksiyalarını təkrarlayan qurumlara büdcədən çəkilən xərcləri azaltmaq da bu nəzərdə tutulan addımların siyahısında yer alması gözləniləndir.

 

Fidan Vəlisoy 

Seçilən
7
referans.az

1Mənbələr