“Bitcoin”in məzənnəsi 100 min dollara yaxınlaşıb.
Publika.az xəbər verir ki, pik nöqtədə qiymət ABŞ-ın “Coinbase” birjasında 99 min 519 ABŞ dollarına çatıb.
Ticarət həcminə görə ən böyük birja olan “Binance”də isə USDT ilə ticarət cütündə qiymət 99 min 502 ABŞ dollarına yüksəlib.
Qeyd edək ki, “Bitcoin”in qiyməti Donald Trampın ABŞ-da prezident seçkilərində qələbə qazanmasından sonra sürətlə artmağa başlayıb.