AZ

Qalmaqallı xəstəxana direktoru hakim qarşısında

Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru Rauf Yəhyayev barədə cinayət işi açılıb.

Direktor barədə Cinayət Məcəlləsinin 308.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddəsi ilə cinayət işi icraata götürülüb.

İşə Goranboy Rayon Məhkəməsində hakim Taleh Mustafayevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, sözügedən maddə üzrə təqsirləndirilən şəxslər doqquz min manatdan on üç min manatadək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xatırladaq ki, Rauf Yəhyayev bir neçə qalmaqalı ilə gündəmə gəlib. O, 2022-ci ilin avqust ayında Goranboy rayonun Bolsulu kənd sakini Laləzar Əliyevanı yumruqla vuraraq onun sağlamlığına xəsarət yetirmişdi. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə iş başlanılmış və onun barəsində tədbir görülməsi üçün rayon məhkəməsinə göndərilmişdi. Bu yaxınlarda isə onun özünün xəstəxanada bir neçə şəxs tərəfindən döyülməsi barədə məlumat yayılıb.
 
 

Seçilən
3
11
7news.az

10Mənbələr