AZ

“Artıq gec idi”

“Milli oyunçuları bir yerdə çox az məşq etdi. Hərə öz komandasından gəldiyinə görə demək olar ki, hazırlaşmağa çox az zamanımız oldu”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Azərbaycanın kişilərdən ibarət basketbol millisinin oyunçusu Şirzad Şirzadov deyib.

O, səfərdə İrlandiyaya 67:91 hesabı ilə uduzduqları dünya çempionatının seçmə mərhələsinin oyunu haqda danışarkən qarşılaşmanın ağır keçdiyini bildirib: “Gərgin və ağır matç oldu. Görüşə çox zəif başlasaq da, sonradan durumu bir az düzəltdik, amma artıq gec idi. Növbəti oyunumuz evdə İsveçrəyə qarşı olacaq. Artıq bütün fikrimizi həmin matça vermişik. İnanırıq ki, daha da yaxşı hazırlaşıb, qələbə qazanacağıq”.

Qeyd edək ki, noyabrın 24-də Bakıda təşkil olunacaq Azərbaycan – İsveçrə qarşılaşması saat 14:00-da start götürəcək.

GÜNAY SÜLEYMANOVA

Seçilən
20
futbolinfo.az

1Mənbələr