Çin Xarici İşlər Nazirliyi Ukraynadakı münaqişə tərəflərini təmkinli olmağa çağırır.
Bu barədə nazirliyin sözçüsü Lin Jian bildirib.
"Mövcud şəraitdə bütün tərəflər sakit və təmkinli olmalıdırlar", - Lin Jian qeyd edib.
Diplomat əlavə edib ki, atəşkəsə nail olmaq üçün dialoq yolu ilə vəziyyətin soyumasına və siyasi nizamlanmaya şərait yaradılmasına səy göstərilməlidir.