Ölkə ərazisində son günlər avtomobil qəzalarının sayı artmaqdadır. Bununla bağlı həm Dövlət Yol Polisinin əməkdaşları, həm də nəqliyyat üzrə mütəxəssislər dəfələrlə sürücülərə müraciətlər etmiş, yollarda sürücülərin maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirmişdir.
Avtosfer.az xəbər verir ki, sürücülər arasında aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ qaydaları ya ümumiyyələ bilməyən, ya da bilib qəsdli şəkildə pozan sürücülərin ucbatından ölkədə, xüsusilə paytaxt küçələrində qəzalarda ölüm hadisələri də artır.
Sürücülər bildirir ki, təşkil edilən xüsusi zolaqlar şəhərdə sıxlıq yaradır, bu isə tıxaclarda gözləməli olan nəqliyyat vasitələrinin idarəçilərini bəzi hallarda qəzalara sövq edir. Ara məsafəsi saxlamayan, zolaqlar səbəbilə dönmə əməliyyatını düzgün yerinə yetirməyənlər idarə etdikləri avtomobili harasa, ya da kiməsə çırpırlar.
Məsələ ilə bağlı saytımızın sosial şəbəkə hesablarında canlı yayımda olan nəqliyyat eksperti Elməddin Muradlı şərh verərkən bildirib ki, Dövlət Yol polisinin, eləcə də, Nəqliyyatın İntellektual İdaretmə Mərkəzinin (NİİM) yaydığı görüntülərdən aydın olur ki, sürücülər səbrsiz, təmkinsiz davrandığı üçün qəzaların sayı artır:
“Bu qəzalarda təəssüflər olsun ki, ölənlər olur, ömürlük şikəst qalan insanlar olur. Bununla yanaşı ağır yol-nəqliyyat hadisələri nəticəsində psixoloji travma keçirən şəxslər olur ki, bu ağrı, acı heç vaxt onu tərk etmir. Məlumat üçün bildirim ki, COP29 beynəlxalq tədbirinin tarixi 1 gün artırılıb, yəni ki 22 noyabrda bitməli olan tədbirin növbəti gün başa çatdırılmasına qərar verilib. Bununla yanaşı COP29 zolaqlarının silinməsi mövzusu gündəmdədir. Sürücülər məsələni diqqətdə saxlamaqla artıq həmin zolaqlara daxil ola biləcəklər. Lakin bir neçə COP29 zolağı avtobus zolağına çevriləcək”.
Elməddin Muradlının şərh verdiyi həmin canlı yayımı sizə təqdim edirik:
Səfər