Fasilələrlə baxmağı məsləhət görürəm. Ekrana davamlı məruz qalmaq həm psixoloji, həm də fizioloji problemlər yaradır".
Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Fidan Nəzirova deyib:
"Son zamanlar ən çox yaranan fizioloji problemlər qalxanvari vəzi xərçəngi yaradacaq qədər ciddi problemlərdir. Psixoloji problemlər isə ən əsas diqqət əskikliyi və aqressiyadır.
O bildirib ki, uşaqların yemək zamanı televizor və telefona baxmağı həm piylənməyə, həm də şəkərli diabetə yol açır.
Azyaşlıya mükafatlar təyin etməklə məsələni həll etmək mümkün ola bilir. Əks halda mütəxəssis köməyi şərtdir".
Əfsanə Kamal
Demokrat.az