ABŞ dövlət katibi Antoni Blinken noyabrın 23-27-də İtaliya və Vatikana səfər edəcək. Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Sənədə əsasən, Blinken Yeddilik Qrupu ölkələrinin xarici işlər başçılarının Anaqni və Fiuggidə keçiriləcək görüşündə iştirak edəcək, görüşdə Yaxın Şərq, Ukrayna, Hind-Sakit okean regionunda vəziyyətin müzakirəsi planlaşdırılır.
Bundan əlavə, Amerikanın xarici siyasət idarəsinin rəhbəri Vatikana səfər edəcək, orada Papa Fransisklə görüşəcək və orada Ukrayna böhranı və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəyini gözləyir.
Aytac
www.anews.az