İstanbulun Sabiha Gökçen beynəlxalq hava limanına sabaha nəzərdə tutulan bəzi səfərlər təxirə salınıb.
Yenicag.az xəbər verir ki, bu barədə aeroportdan açıqlama verilib.
Məlumata əsasən, sabah İstanbulda proqnozlaşdırılan əlverişsiz hava şəraiti səbəbindən saat 15:00-dək Sabiha Gökçen hava limanına nəzərdə tutulan uçuşların 10 faizi yerinə yetirilməyəcək.
Açıqlamada sərnişinlərin bu aeroporta sabah planlaşdırılan səfərləri ilə bağlı hava limanının rəsmi səhifəsindən məlumat almaları tövsiyə edilir.