İstanbulun Sabiha Gökçen beynəlxalq hava limanına sabaha nəzərdə tutulan bəzi səfərlər təxirə salınıb.
Bu barədə aeroportdan açıqlama verilib.
Məlumata əsasən, sabah İstanbulda proqnozlaşdırılan əlverişsiz hava şəraiti səbəbindən saat 15:00-dək Sabiha Gökçen hava limanına nəzərdə tutulan uçuşların 10 faizi yerinə yetirilməyəcək.
Açıqlamada sərnişinlərin bu aeroporta sabah planlaşdırılan səfərləri ilə bağlı hava limanının rəsmi səhifəsindən məlumat almaları tövsiyə edilir.
Mənbə: unikal.az