Türkiyə III liqasında çıxış edən "Çorluspor 1947" klubunun baş məşqçisi Ersin Aka öldürülüb.
Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, silahlı hücuma məruz qalan məşqçi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis hadisəni törədən şəxsin axtarışına başlayıb.